SON XƏBƏRLƏR

Əhər və Heris şəhərlərindəki xəstəxanalar istifadəyə yararsızdır

2021.11.06, 13:54
Əhər və Heris şəhərlərindəki xəstəxanalar istifadəyə yararsızdır

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Əhər və Heris şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Məhərrəmzadə şəhər xəstəxanalarının istifadə ömürünü bitdiyini deyib.

Millət vəkili Əhər şəhərinin yeganə böyük xəstəxanası “Baqir-əl Ülum”un artıq köhnəldiyini və yeni xəstəxananın tikintisinə zəruri ehtiyac olduğunu bildirib.

“Yeni xəstəxananın tikintisi üçün dövlət budcəsində yetərli büdcə olmadığı bəhanəsinə görə biz istəyimizdən əl çəkməyəcəyik. 

Əhərdə ikinci xəstəxananın tikilməsi əhalinin çoxdankı tələbidir və bu yerinə yetirilməlidir”-deyə, Məhərrəmzadə bu iş üçün dövlətin vəsait ayırmaqdan imtina etdiyini qeyd edib.

Qeyd edək ki, Güney Azərbaycan əyalətlərində bir çox sahələrə, o cümlədən təhsil və səhiyyə sahəsinə yetərincə büdcə ayrılmır.

Azərbaycan bölgələrində təhsil və tibb ocaqlarının tikintisi və texiki təchizatının təminatı əsasən yerli xeyriyyəçilərin vəsaiti hesabına həyata keçirilir.

Neçə ilərdir ki, yerli məsullar əhalinin müraciətləri qarşısında vəsaitimiz yoxdur və mərkəzdən bizə büdcə ayrılımr cavaı verərək məsuliyyətdən yayınırlar.

C.E 
 

محرم زاده: در اصلاح بودجه به مناطق محروم کشور توجه شود - ایسنا

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar