SON XƏBƏRLƏR

Mühacir kürdlər Qərbi Azərbaycanda təxribata başlayıb

2022.06.11, 10:47
Mühacir kürdlər Qərbi Azərbaycanda təxribata başlayıb

Gunaz.tv

Buna səbəb “Su tökər” şəlaləsinin türkcə tarixi adının bərpa olunmasıdır.

Bir neçə gün bundan öncə Qərbi Azərbaycan əyalətinin Meteorologiya Təşkilatı özünün "instaqram" hesabında Urmu (Urmiya) şəhəri yaxınlığında olan şəlalənin “Urmiyanın Su tökər şəlaləsi” başlığı altında fotosunu paylaşıb.

Gəlmə kürdlər sosial mediada kampaniya başladaraq şəlalənin adının kürdcə “Sule dukəl” olduğunu iddia edib, adı çəkilən təşkilat və keçmiş fərmandarı pantürkizmdə ittiham ediblər.

Bununla yanaşı onlar “Urmiya əyaləti” adı altında başqa bir kampaniya başladaraq Qərbi Azərbaycan əyalətinin adını təhrif edib, bu torpaqların kürdlərə məxsus olduğunu bildirirlər.

Urmu şəhərinin keçmiş fərmandarı Əlirza Molla Məhəmmədizadə iddiaçıların paylaşım və yazılarına cavab verib.

“Susun, qonaq nə qədər az danışsa və özünü sakit otursa ev yiyəsinin yanında bir o qədər hörmətli olar”-deyə, torpaq iddiaçılarına bildirib.

Bundan sonra jurnalist, sənətçi. Ziyalı və başqa bu kimi qondarma adlar altında fəaliyyət göstərən gəlmə etnik kürdlərin və onların havadarlarının keçmiş fərmandara qarşı təxribat paylaşımları dahada genişlənib.

Qeyd edək ki, uzun illərdir İran hökuməti və etnik mühacir kürdlər Qərbi Azərbaycan əyalətinin adının dəyişdirilərək “Urmiya əyaləti" qoyulması yönündə çalışırlar.

Bundan öncə İranın keçmiş prezidenti Həsən Ruhaninin əyalətə səfəri zamanı “Urmiya əyaləti" ifadəsini işlətməsi geniş etirazlara səbəb olmuşdur.

Bununla yanaşı əyalətinin güney bölgələrində, Soyuqbulaq şəhərinin mərkəziyyəti ilə  “Mahabad” və ya “Məkriyan” adlı yeni kürd əyalətinin qurulması planlaşdırılır. 

Bu, güney azərbaycanlıların, bir sıra türk millət vəkillərinin sərt reaksiyaları nəticəsində gecikdirilsə də, bu yöndə fəaliyyətlər davam etdirilir.

Bir müddət bundan öncə Soyuqbulaq şəhərinin İran parlamentindəki kürd nümayəndəsi Calal Mahmudzadə Qoşaçay mahalının 30 kəndinin Soyuqbulağın tabeliyinə verilməsini istəyib.

İranın Dövlət Radio və Televiziyasının rəsmi internet saytında Qərbi Azərbaycan şəhəri olan Mahabad (Soyuqbulaq) əyalətlər sırasında ayrıca bölgə kimi yazılması hökumətin bu məsələdə israrlı olduğunu, Qərbi Azərbaycanın kürdləşdirmə prosesində maraqlı olduğunu göstərir.  

content_image_1654936139.png

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar