SON XƏBƏRLƏR

Hakan Şükür Azərbaycana gəlir

2021.10.20, 07:36
Hakan Şükür Azərbaycana gəlir

Gunaz.tv
Hakan Şükür Azərbaycana gəlir Türk futbolunun kralının 3 milyon avroya azərbaycanlı bir iş adamının klubuna transfer edildiyi bildirilir Türk futbolunun kralı Hakan Şükürün futbolçu karyerasını Azərbaycan klubunda davam etdirəcəyi bəlli olub. "Qalatasaray" klubunun prezidenti Adnan Polad ona klubun bazası ilə 5 illik müqavilə imzalamağı təklif etsə də, Hakan Şükür bu təklifi rədd edib, xaricdən gələn təklifləri dəyərləndirəcəyini bildirib. Hakanın gələcək mövsüm Azərbaycanda top oynamağa qərar verdiyi bildirilir. Türk mediasının xəbərinə görə, azərbaycanlı bir iş adamının kulubuna transfer olunacaq Hakana ildə 3 milyon avro ödəniləcək. Onun artıq Azərbaycanda qalmaq üçün yer və uşaqlarının təhsili üçün məktəb axtardığı da bildirilir. Futbolçunun yaxın ətrafından mediaya sızan məlumata görə, Hakan Azərbaycan futbolunun da Avropa standarlarına uyğun olması üçün səy göstərəcəyini bildirib. Bir müddət öncə Hakan Şükür Lənkəranın "Xəzər" klubundan təklif alıb. Klubun mətbuat katibi Zaur Əsədov belə bir təklifin olduğunu "Turan"ın müxbirinə bildirib. Lakin transfer qiyməti dəfələrlə aşağıdır. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar