SON XƏBƏRLƏR

Nəhavənddə dövlət məmurları həbs edilib

2022.07.11, 09:19
Nəhavənddə dövlət məmurları həbs edilib

Gunaz.tv

Nəhavənd şəhəri fərmandarlığının ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Zərğam Əhmədvənf mediaya verdiyi açıqlamada saxlanılanların şəhərin iqtisadi idarələrindən birinin müdir və əməkdaşları olduğunu bildirib.

O, həbs edilənlərin kimliyi barədə açıqlama vermədən onların korrupsiya, dövlət malını mənimsəmə və vəzifə səlahiyyətlərindən su-istifadə də ittiham olunduqlarını deyib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) bu ilin yanvarın 25-də 2021-ci il üçün yaydığı yeni hesabatında İran İslam Respublikası dünyanın ən korrupsiyalaşmış ölkələri sırasındadır.

Təşkilatın yaydığı son illik hesabatında bildirib ki, İran korrupsiyanın həcmi və miqyasına görə dünyanın 180 ölkəsi arasında 150-ci yeri tutur və korrupsiyanın miqyası və həcminə görə Qvatemala, Qvineya və Tacikistanla bərabər olduğu bildirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar