SON XƏBƏRLƏR

Hayko Mass: “İran nüvə sazişindən çıxsa, əvvəlki sanksiyalar yenidən bərpa ediləcək”

2021.10.20, 07:36
Hayko Mass: “İran nüvə sazişindən çıxsa, əvvəlki sanksiyalar yenidən bərpa ediləcək”

Gunaz.tv

GünazTV: Almaniyanın xarici işlər naziri Hayko Mass iyunun 11-də jurnalistlərə açıqlamasında İranın nüvə sazişindən çıxmasının sonrakı fəsadları barədə rəsmi Tehrana xəbərdarlıq edib.

 

Öz açıqlamasında Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından çıxmasını tənqid edən Mass deyib ki, İranın eyni addım atması islam respublikasının dünya birliyindən daha təcrid olunmasına gətirib çıxaracaq: “Hesab edirik ki, nüvə sazişinin ləğvi nə Avropanın xeyrinə olacaq, nə də İranın. Bu saziş ləğv olunarsa, artıq  heç kəs qətiyyəti şəkildə deyə bilməz ki, İran nüvə silahlarını istehsal etmək niyyətində olmayacaq və bu istiqamətdə hərəkət etməyəcək.

 

Bir daha bildiririk ki, əgər İran nüvə sazişindən çıxsa, beynəlxalq baxımdan baykot edilərək, razılaşmadan əvvəl durduğu nöqtəyə qayıdacaq. Belə olan halda isə, İrana qarşı bütün əvvəlki  sanksiyalar yenidən bərpa ediləcək. Bu isə düşünürəm ki, İranın xeyrinə olmayacaq” –deyə Hayko Mass vurğulayıb.

 

Qeyd edək ki, rəsmi Tehran üç həftə əvvəl Avropa ölkələrini İrana verdikləri iqtisadi vədlərin  icrasını ləngitməkdə günahlandıraraq, aşağı miqdarda zənginləşdirilmiş uranın isehsal həcmini dörd dəfə artırdığını bəyan edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar