SON XƏBƏRLƏR

Hərəkatçı ağır işgəncələrdən sonra girovla azadlığa buraxılıb

2021.10.20, 07:36
Hərəkatçı ağır işgəncələrdən sonra girovla azadlığa buraxılıb

Gunaz.tv
Hərəkatçı ağır işgəncələrdən sonra girovla azadlığa buraxılıb Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olan Hüseyn Mirzəxani girov qoymaqla müvəqqəti azadlığa buraxılıb. Güneydəki mənbələrin məlumatına görə, may olaylarının anım mərasimlərində iştirakına görə həbs edilən hərəkatçı ETTELAAT təcridxanasında saxlanıldığı müddətdə ağır işgəncələrə məruz qalıb. Həbsxanaya göndərildiyi zaman hərəkatçının bədənində işgəncə izləri olub. Bundan əvvəl də dəfələrlə həbs edilən hərəkatçı iyunun 9-da girov müqabilində məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb. ("OLAYLAR"İA) 9 hərəkatçı azadlıqdan məhrum edilib Tehranın İnqilab Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının 9 üzvü barədə qərar çıxarıb. Belə ki, məhkəmənin qərarı ilə jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur casusluq və hakimiyyət əleyhinə mübarizədə ittiham edilərək 8 il, vəkil Saleh Kamrani hakimiyyət əleyhinə mübarizə ittihamı ilə 1 il həbsə məhkum edilib. Universitet müəllimi olan Abdulla Abbasi Cavan və doktor Məhəmməd Heydəri, Cəlil Qənilu, Əlirza Mətinpur, Yaqub Salikiniya, Mirqasım Seyyidinzadə, Bəhruz Səfəri və Leyla xanım Heydəri siyasi-mədəni fəaliyyətdə, həmçinin hakimiyyət əleyhinə mübarizədə ittiham edilərək 5 il şərti olaraq azadlıqdan məhrum ediliblər. May olayları və müxtəlif aksiyalarda iştiraklarına görə həbs edilən hərəkatçıların məhkəməsi qapalı keçirilib. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar