SON XƏBƏRLƏR

“Həşdəş-Şəbi”nin Suriyada silah anbarı bombalanıb- Çoxlu sayda yaraqlı ölüb

2021.10.20, 07:36
“Həşdəş-Şəbi”nin Suriyada silah anbarı bombalanıb- Çoxlu sayda yaraqlı ölüb

Gunaz.tv

GünAz TV: Naməlum döyüş təyyarələri İrana bağlı “Həşdəş-Şəbi” qruplaşmasının İraq-Suriya sərhəddində, Əl-Bukamal bölgəsində yerləşən silah anbarı və yük maşınlarını bombalayıblar.

 

Suriya İnsan Haqlarına Nəzarət Qrupunun məlumatına görə, ötən axşam baş tutmuş hücumda azı 8 yaraqlı həlak olub. Hava hücumunda qruplaşmanın yaraqlıları tərəfindən İraqdan Suriyaya aparılan silahlar məhv edilib.

 

“Naməlum ölkəyə məxsus qırıcılar “Həşdəş-Şəbi” qruplaşmasının Əl-Bukamal bölgəsində yerləşən silah anbarları və yük maşınlarına zərbələr endiriblər. Nəticədə bölgədə güclü partlayışlar baş verib və “Həşdəş-Şəbi” 8 üzvü ölüb”, - deyə Suriya İnsan Haqlarına Nəzarət Qrupunun rəhbəri Rami Əbdürrəhman bildirib.

 

O, həmçinin deyib ki, Əl-Bukamalda İrana bağlı yaraqlıların mənzilləndiyi 3 kəndə də son günlər ərzində pilotsuz uçan aparatlardan hava zərbələri endirilib, lakin tələfat qeydə alınmayıb.

 

Amerika Birləşmiş Ştatlarının başçılığı ilə İraqda fəaliyyət göstərən beynəlxalq koalisiya son hava hücumları ilə əlaqəsi olmadığını bəyan edib.

 

Xatırladaq ki, Xalq Səfərbərlik Qüvvələri- “Həşdəş-Şəbi” İraqda fəaliyyət göstərən İran tərəfindən himayə edilən şiə yaraqlı dəstədir. Yuxarıda sözügedən bölgədə qruplaşmaya qarşı ötən aylar ərzində də dəfələrlə hava hücumu həyata keçirilib. Həmin hücumların İsrail tərəfindən həyata keçirildiyi bildirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar