SON XƏBƏRLƏR

“Heyvan” filmi İtaliyanın Med Film Festivalında mükafat alıb

2021.10.20, 07:36
“Heyvan” filmi İtaliyanın Med Film Festivalında mükafat alıb

Gunaz.tv

GünAz Tv: Təbrizli rejissorlar əkiz Bəhram və Bəhmən Ərk qardaşlarının “Heyvan” filmi İtaliya Med Film Festivalının yaradıcılıq mükafatına layiq görülüb.

 

Təbrizli rejissorların qazandığı mükafat beynəlxalq səviyyədə “Cervantes mükafatı” adlanır.

 

Festivalın Münsiflər Heyətinin qısa metrajl “Heyvan” filmi haqda bəyanatında bildirilir ki, “Bu film qədim və mifik bir ideyadan yola çıxaraq ekranda indiki zamanla birləşir. İnsanın dəyişmək üçün məyusedici vəziyyəti və onun öz heyvani təbiətinə dönməsini nümayiş etdirir. “Heyvan” filmi dəyişməyə cəhd göstərməyin, dəyişməz bir üsul olduğunu göstərir.”

 

Son günlərdə keçirilən festival 8 gün davam edib, festival “böyük bir mədəni hadisə” şüarı altında həyata keçirilib.

 

Ən çox müstəqil filmləri önəmsəyən Med Film Festivalı 1995-ci ildən fəaliyyətə başlayıb. Bu festivalda Aralıq dənizi regionunda çəkilən filmlərə daha çox üstünlük verilir.

 

Ərk qardaşlarının (Bəhmən və Bəhram) “Heyvan” filmi bundan öncə Kann Film Festivalının Cinéfondation Seçiminin ikincilik mükafatına layiq görülüb. Film  Braziliya və İzmir festivallarında isə “ən yaxşı rejissor işi” və ən yaxşı film mükafatlarını qazanıb.

 

“Heyvan” filmi həmçinin noyabrda Amerika Birləşmiş Ştatlarında keçirilən 40-cı Denver Film Festivalının ən yaxşı qısa metrajlı öyrənci filminin mükafatını alıb.

 

“Heyvan” filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.

 

Bəhmən və Bəhram Ərk daha əvvəl türk dilində uzun metrajlı “Soyuq” filmini çəkiblər. Təbrizdə çəkilmiş "Soyuq" filmi İranın Uşaq Filmləri Festivalında “Ən yaxşı rejissor işi” (Bəhram və Bəhmən Ərk) və “Ən yaxşı qadın rolu” (Nəsrin Muradi) kateqoriyaları üzrə mükafatlardan başqa həm də “Münsiflər Heyətinin Xüsusi mükafatı”nı alıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar