SON XƏBƏRLƏR

Təhlükəsizlik məmurları Təbrizdə milli fəal Əsgər Saipurun evinə basqın edib

2022.09.12, 09:35
Təhlükəsizlik məmurları Təbrizdə milli fəal Əsgər Saipurun evinə basqın edib

Gunaz.tv

Bu barədə milli-mədəni fəallar sosial mediada məlumat yayıb.

Məlumata görə, İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbriz bölməsinin əməkdaşları milli fəal və Şair Əsgər Saipurun (Dalğa Ocanlı) evinə hücum edib və onu özləri ilə aparıb.

Milli fəalın şəxsi əşyaları da müsadirə edilib.

Onların dediyinə görə, məmurlar milli fəalı bir gecə dindirdikdən sonra sərbəst buraxsalar da, onun telefon, noutbuk, əlyazmaları və başqa əşyalarını geri qaytarmayıblar.

Qeyd edək ki, Əsgər Saipur ötən ay bir neçə dəfə təhlükəsizlik idarəsinə çağırılmışdı.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar