SON XƏBƏRLƏR

"İranda ölkəboyu bütün millətlər nümayişlərdə iştirak edir"-Əhməd Obalı

2022.10.20, 11:00
"İranda ölkəboyu bütün millətlər nümayişlərdə iştirak edir"-Əhməd Obalı

Gunaz.tv

Əhməd Obalı Əsra Pənahinin qətlinin təfərrüatlarından, Hədis Nəcəfinin ölümündən, həmçinin alpinizm üzrə Asiya çempionatında yarışlara hicabsız qatılmış Zəncandan olan azərbaycanlı idmançı Elnaz Rikabidən danışıb.

"Evin İranın ən böyük təhlükəsizlik həbsxanasıdır və İslam Respublikasının bir çox müxalifləri və hökumət tərəfindən təhlükə hesab edilənlər bu təhlükəsizlik həbsxanasında saxlanılır.

Evin həbsxanasında minlərlə məhbusun ölüm hökmünün çıxarılması İbrahim Rəisinin keçmiş iş təcrübələrindən sayılır", -deyə, Əhməd Obalı Evin zindanında baş verən yanğınla bağlı fikirlərini bölüşərkən bildirib.

O, hazırkı etiraz aksiyalarında ağır iqtisadi şərait, işsizlik və gələcəyə ümidsizlik ucbatından ailə həyatı qura bilməyən gənclərin daha çox iştirak etdiyini qeyd edib.

"Mərkəzi və farsdilli bölgələrin bu etirazlara gec qoşulmasına baxmayaraq, demək olar ki, bütün şəhərlərdə etirazlar davam edir.

Lakin yenə də demək olar ki, İranda cənubdan şimala, şərqdən qərbə yaşayan bütün millətlər nümayişlərdə iştirak edirlər",-deyə, GünazTV-nin təsisçisi etiraz aksiyalarının geniş vüsət aldığını söyləyib.

O, hökumət məmurları, özəlliklə SEPAH və Bəsic üzvlərinin küçələrdə etirazçıları öldürdüyünü, bu qətllərin davam etdiyini və rejimin bunu ürək tutması, intihar, damdan yıxılma və başqa bu kimi amillərlə əlaqələndirib ört-basdır etməyə çalışdığını bildirib.

"Ərdəbildə 17 yaşlı məktəbli qız hökumət qüvvələri tərəfindən öldürüldükdən sonra rəsmilər ilk-öncə onun ürək tutması nəticəsində öldüyünü iddia etdilər.

Daha sonra bəzi məmurlar onun intihar etdiyini, daha sonra isə xərçəng xəstəliyindən dünyasını dəyişdiyi ilə bağlı ziddiyyətli açıqlamalar verdilər",-deyə, Obalı İran hökumətinin vətəndaşlara qarşı amansız davranışından danışarkən bildirib.

Timur  

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar