SON XƏBƏRLƏR

"İran Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına qarşıdır"-Əhməd Obalı

2022.10.26, 05:53
"İran Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına qarşıdır"-Əhməd Obalı

Gunaz.tv

"Bu gün Azərbaycan-İran sərhəddində baş verənləri daha yaxşı başa düşmək üçün 30 il öncəyə qayıtmaq lazımdır. Məlumdur ki, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan müstəqilliyini bərpa edəndə İranın buna mənfi yanaşmışdı. 

Azərbaycan Respublikasının əhalisindən çox, yəni 35-40 milyon azərbaycanlı İranın şimal qərb bölgələrində yaşadığı üçün rəsmi Tehran bundan qorxur və  Azərbaycanı özünə təhdid hesab edir",- deyə, Əhməd Obalı bildirib.

Əhməd Obalı  deyib ki, birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etdi, İran-Azərbaycan sərhəddinin 132 kilometrinə nəzarəti ələ aldı.

Bu zaman İran bu bölgədən çirkli pulların yuyulması, narkotik maddələrin tranziti və qaçaqmalçılıq üçün istifadə etməyə başladı.

"İndi Azərbaycan işğala son qoyduğu və öz torpaqlarını geri qaytardığı bir vaxtda İran güc nümayiş etdirməyə başlayıb.

İranın 18 oktyabr Azərbaycan Respublikasının müstəqilliyinin ildönümündə Araz qırağı sərhəd zolağına hərbi texnika və canlı qüvvə toplaması, hərbi təlimlərə başlaması çox düşündürücüdür",- deyə, Obalı müsahibəsində bildirib.

Əhməd Obalı həmçinin bildirib ki, İran Qarabağın azad edilməsindən və Azərbaycanın öz torpaqlarına qayıtmasından, eləcə də Azərbaycanla Ermənistan arasında, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından çox narahatdır.

Günaz.TV-nin rəhbəri bildirib ki, İran Güney Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil və Ermənistan Azərbaycan arasında sülh sazişinin əldə olunmasının qarşısını almağa çalışır.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar