SON XƏBƏRLƏR

Möhsüni Ejei: “Məhkəmə Sistemi işçilərinin etirazları düşmənlərin sevincinə zəmin yaratmamalıdır”

2022.01.11, 10:15
Möhsüni Ejei: “Məhkəmə Sistemi işçilərinin etirazları düşmənlərin sevincinə zəmin yaratmamalıdır”

Gunaz.tv

Məhkəmə Sistemi işçilərinə ödənişlərin yaxşılaşdırılmasına və onlaran maaşlarının qaldırılması ilə bağlı tələblərə baxılacağını vurğulayan Möhsüni Ejei dinc etirazçılara “düşmənlərin” əlinə bəhanə verməmək barədə xəbərdarlıq edib.

“Lakin İran Məhkəmə Sistemi işçilərinin etirazları islam respublikası düşmənlərinin sevincinə və onların bu məsələdən sui-istifadə etməsinə zəmin yaratmamalıdır”, -deyə İran Məhkəmə Sisteminin rəisi Qulamhüseyn Möhsüni Ejei bildirib.

Xatırladaq ki, İran Məhkəmə Sisteminin yüzlərlə işçisi yanvarın 9-da Tehranda parlament binası qarşısında toplaşaraq, dinc etiraz aksiyası keçiriblər.

Məişət durumlarının ağır olduğunu bildirən etirazçılar İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf və İran prezidenti İbrahim Rəisinin əleyhinə şüarlar səısləndirərək maaşlarının qaldırılmasını tələb ediblər.

“Qalibab, yalançı, yalançı, ayıb olsun sənə” və “Yalançı Rəisi, yalançı Rəisi” şüarları səsləndirən etirazçılar, Qalibafın Məhkəmə Sistemi işçilərinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı parlamentdə yeni qanunlar qəbul ediləcəyi ilə bağlı verdiyi yalançı vədinə etiraz bildiriblər.

Həmin gün, İran Məhkəmə Sisteminin bir qrup işçisə də iş yerlərini tərk edərək İranın Ədliyyə Təşkilatının binası qarşısında toplaşaraq, eyni tələbləri irəli sürüblər. 

gun az article

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar