SON XƏBƏRLƏR

Məşhur kürd təşkilatından növbəti qərəz: Qurumun saytı Mahabadı "Kürdüstan" kimi təqdim etdi

2021.10.20, 07:36
Məşhur kürd təşkilatından növbəti qərəz: Qurumun saytı Mahabadı "Kürdüstan" kimi təqdim etdi

Gunaz.tv

Onlar Qərbi Azərbaycan əyalətinin qərb və cənub bölgələrini “Kürdüstan torpaqları” kimi qələmə verir, yer adlarını və inzibati ərazi bölgüsünü dəyişdirilmiş formada göstərirlər.

İran Kürdüstanı Demokrat Partiyasının rəsmi mətbuat orqanı olan ​“kürdmedia” saytında gedən yazıda Qərbi Azərbaycana ərazi iddiası irəli sürülüb.

Soyuqbulaqdan (Mahabad) olan üzgüçünün qələbəsini "Kürdüstanın uğuru" kimi qələmə verən sayt idmançını “İran Kürdüstanının Mahabad şəhərindən olan kürd rekordçu” kimi təqdim edib.

Bütün etibarlı tarixi qaynaqların qeydlərinə və hazırkı inzibati ərazi bölgüsünə görə, Soyuqbulaq Qərbi Azərbaycan əyalətinin ən önəmli şəhərlərindən biri sayılır.

Burada sonradan gəlmə kürd azınlığının nümayəndələrinində yaşamasına baxmayaraq, mahalda yerli türk əhali çoxluq təşkil edir. 

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar