Hüseyn Salami: “Düşmən də bilir ki, təslim olub, İran xalqının rəhbərinə olan sədaqətini təqdir etməlidir”

25.10.2019, 13:22

GünAz TV: “Sepah” terror təşkilatının komandanı Hüseyn Salami Kohgiluyə və Boyer-Əhməd əyalətinin Patavə şəhərində insanlarla görüşü zamanı Qərb əleyhinə fikirlər səsləndirib, eləcə də ölkəsinin bütün cəbhələrdə “düşmənləri məğlub etdiyini” iddia edib.

 

O, İranın öz düşmənlərini bütün cəhbələrdə məğlub etməklə yanaşı, “zəlil” vəziyyətə saldığını deyib. Komandan bu iddia ilə bağlı detalları açıqlamayıb.

 

Salami Amerika Birləşmiş Ştatları, İsrail və İngiltərəni İranın “düşmənləri” adlandırıb və onlarla mübarizə aparacaqlarını vurğulayıb.

 

“Sepah” komandanı həmçinin “düşmənlərin” bütün həyat əlamətlərinin yox olduğunu, qəlblərinin və beyinlərinin dayandığını, artıq fiziki olaraq İranla mübarizə aparmaq qüdrətinə sahib olmadıqlarını iddia edib.

 

“Düşmən də çox gözəl bilir ki, artıq silahı yerə qoymalı, təslim olmaq əlaməti kimi İran xalqının qarşısında əllərini yuxarı qaldırmalı və öz rəhbərinə tabe olmaqla, tarixin ən əzəmətli salnaməsini yaradan bu xalqa Allahın salamı olsun deməlidir”,- deyə Salami əlavə edib.

 

Komandan sonda ölkədə mövcud olan kasıblığa toxunub və bununla mübarizə aparmaq üçün əllərindən gələni əsirgəmədiklərini iddia edib.

 

Qeyd etmək lazımdır ki, Hüseyn Salaminin daxili auditoriyaya və insanların narazılıqlarını yatırmağa hesablanmış bu sözlərinin əksinə olaraq, İranın Mərkəzi Statistika Komitəsi, eləcə də beynəlxalq təşkilatların yaydıqları hesabatlar bu ölkənin ABŞ sanksiyalarından sonra acınacaqlı vəziyyətə düşdüyünü göstərir. Son 1 ildən artıq müddətdə ölkə gəlirlərinin 70%-dən çoxunu təşkil edən neft ixracatı günlük 2.6 milyon bareldən 120 minə düşüb.

 

Eləcə də, İranda son aylar ərzində ərzaq məhsullarının, mənzillərin, ev ləvazimatlarının və digər zəruri ehtiyac əmtəələrinin qiymətləri ötən illərlə müqayisədə dəfələrlə yüksəlib.

 

Digər tərəfdən, son aylar ərzində insanlar işsizlik, kasıblıq, əməkhaqlarının verilməməsi, yarıtmaz idarəçilik və digər bu kimi hallara görə saysız-hesabsız etiraz aksiyaları keçiriblər. Rejim isə onların dinc aksiyalarını qəddarlıqla dağıdır, təməl haqlarını tələb edən insanlara ağır həbs cəzaları verib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24