Hüseyn Salami: “Etirazlarda təhlükəsizlik qüvvələrini öldürənlər Sepah üçün hədəfdirlər”

25.11.2019, 12:47

GünAz TV: “Sepah” terror təşkilatının komandanı Hüseyn Salami ölkə boyu benzinin bahalaşmasına qarşı keçirilən aksiyalarda fəal iştirak edən hər kəsi cəzalandırmaqla təhdid edib.

 

O, Şəhriyar rayonuna etdiyi səfər çərçivəsində rejimin öldürülmüş muzdurlarından birinin ailəsi ilə görüşü zamanı “İslam Respublikasının təməlinin güclü və silkələnməz olduğunu, buna görə də, heç bir dünya gücünün sistemə qalib gələ bilməyəcəyini” iddia edib.

 

Salami sonra son etirazlar zamanı fəallıq göstərən insanları təhdid edib.

 

“Etirazlar zamanı fəal olan və təhlükəsizlik qüvvələrini öldürən şəxslər cəzalandırılacaqlar. Onlar xüsusi xidmət orqanları tərəfindən axtarılır və artıq Sepahın Kəşfiyyat İdarəsi üçün hədəfdirlər”, - deyə “Sepah” terror təşkilatının komandanı fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, İranda benzinin bahalaşmasına etiraz olaraq noyabrın 15-dən keçirilmiş və təqribən 5 gün davam etmiş etiraz aksiyaları zamanı qeyri- rəsmi mənbələrə görə, azı 250 dinc sakin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə insan yaralanıb, eləcə də 1000-dən çox sakin həbs edilib.

 

“Sepah” terror təşkilatı 2009-cu ildə İranda prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı keçirilmiş xalq etirazları zamanı insanları güllə- baran edərək qətlə yetirməkdə “xüsusi fəallıq” nümayiş etdirmişdi. Bu qətliamlar “dini lider” Əli Xamneyinin göstərişi əsasında baş tutduğundan, bu günə qədər öz sivil xalqını güllələyərək öldürən İran təhlükəsizlik qüvvələrinin əməkdaşlarından heç biri məsuliyyətə cəlb edilməyib. Hüseyn Salami çıxışı zamanı xalqı qətlə yetirənlərin cəzalandırılıb- cəzalandırılmayacağı ilə bağlı heç nə deməyib. 

 

Digər tərəfdən, iraqlı məşhur şiə mərceyi- təqlid, ayətullah Əli Sistani Əli Xamneyinin təhlükəsizlik qüvvələrinə etirazçı xalqı öldürməklə bağlı verdiyi göstərişi batil və haram adlandırıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24