GünAz TV: “Sepah” terror təşkilatının komandanı Hüseyn Salami İraqda son yaşanan hadisələr fonunda İranın Amerika tərəfindən təhdid edilməsinə münasibət bildirib.
Salami ölkəni müharibəyə sürükləmək istəmədiklərini, lakin lazım gəldiyi təqdirdə, “heç bir müharibədən qorxmadıqlarını” iddia edib.
Qeyd etmək lazımdır ki, İrana bağlı “Həşdəş-Şəbi” yaraqlılarının Kərkükdə yerləşən bazaya atdıqları raket nəticəsində 1 amerikalı sivil podratçının ölməsinə rəsmi Vaşinqton analoji cavab vermişdi. ABŞ HHQ bundan sonra Suriya və İraqda yaraqlılara məxsus bir neçə bazanı bombalamışdı.
Buna cavab olaraq “Həşdəş-Şəbi” yaraqlıları və İrana bağlı digər terroristlər ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etmişdilər. Amerika prezidenti Donald Tramp İranın bu hücuma görə ağır bədəl ödəyəcəyini deyib.
Ə.A