SON XƏBƏRLƏR

Husilər İrana səfir təyin edib

2021.10.20, 07:36
Husilər İrana səfir təyin edib

Gunaz.tv

GünAz TV: Husi yaraqlılarına məxsus “Əl-Məsirə” telekanalı İbrahim Əl-Dulayminin qruplaşmanın İrandakı səfiri kimi təyin edildiyi barədə məlumat yayıb.

 

Yəmənin qanuni dövləti bu addımı İranla husilərin gizli münasibətlərini ifşa edək dəlil kimi xarakterizə edib. Dövlətin açıqlamasında qeyd edilir ki, bu təyinat beynəlxalq qanun və normalarla, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Yəmən müharibəsi ilə bağlı qəbul etdiyi qətnamə ilə ziddiyyət təşkil edir.

 

Qeyd etmək lazımdır ki, Yəmən İranla diplomatik münasibətləri 2015-ci ildə, bu ölkədə vətəndaş müharibəsi başlayan ilk günlərdən rəsmi Tehranın husi yaraqlalarına göstərdiyi dəstəyə görə kəsib. İran husilərə maddi, hərbi və siyasi dəstək verir. Yaraqlılar dəfələrlə İranın verdiyi raketlərlə region ölkələrində sivil əhalini hədəfə alıblar.

 

Qərb ölkələri dəfələrlə İranın husilərə verdiyi silah-sursatlarla bağlı Birləşmiş Millətlər Təşkilatına maddi sübutlar təqdim ediblər. 

 

İran hələ ki, səfir təyinatı ilə bağlı yayılan xəbərlərə heç bir münasibət bildirməyib. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar