SON XƏBƏRLƏR

İbrahim Rəisi həbsxanaya baxış keçirə bilər - Urmiyə Mərkəzi Zindanının siyasi məhbusları öz vəziyyətləri haqda məktub ünvanladı

2021.10.20, 07:36
İbrahim Rəisi həbsxanaya baxış keçirə bilər - Urmiyə Mərkəzi Zindanının siyasi məhbusları öz vəziyyətləri haqda məktub ünvanladı

Gunaz.tv

GünAz TV: Urmiyə Mərkəzi Zindanının bir qrup siyasi məhbusu öz vəziyyətləri haqda birgə məktub hazırlayaraq kütləvi informasiya vasitələrində yayıblar.

 

Məktub İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisinin həbsxanaya baxış keçirəcəyi ilə bağlı yayılan xəbərlərdən sonra yayılıb.

 

Məhbuslar Məhkəmə Sistemi rəisinin həbsxanaya baxış keçirməsinin bundan əvvəlkilərdən fərqlənəcəyinə, onun formal olmayacağına ümid etdiklərini bildiriblər. Onlar İbrahim Rəisidən məhbusların böhranlı vəziyyətini xüsusi həssaslıqla izləməsini tələb edib.

 

Məktubda fürsətçilərin məhbuslardan intiqam alması, hakimlərin təhlükəsizlik orqanları ilə işbirliyi içində olması, məhbuslara qarşı təzyiqlər və s. kimi qanunsuz hərəkətlərə son qoyulması tələb olunub.

 

Urmiyə Mərkəzi Zindanının siyasi məhbusları məhkəmə hökmlərinin ədalətsiz olduğunu və təhlükəsizlik orqanlarının müdaxiləsi ilə çıxarıldığını qeyd ediblər.

Məktubu imzalayan siyasi məhbusların adları “Herana” agentliyində mövcuddur, onlar açıqlanmır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar