SON XƏBƏRLƏR

Səid Xətibzadə: “Yaxın günlərdə sanksiyaların zərərsizləşdirilməsi ilə bağlı yaxşı xəbərlərimiz olacaq”

2021.12.11, 15:08
Səid Xətibzadə: “Yaxın günlərdə sanksiyaların zərərsizləşdirilməsi ilə bağlı yaxşı xəbərlərimiz olacaq”

Gunaz.tv

O iddia ki, İranla bəzi qonşu ölkələr arasındakı bank sistemində bəzi açılımlar baş verib.

“Allah qoysa yaxın günlərdə ölkəmizə qarşı tətbiq edilən sansiyaların zərərsizləşdirilməsi ilə bağlı yaxşı xəbərlərimiz olacaq.

Həmçinin qonşu ölkələrlə pul-kredit və bank sahəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı bir sıra açılımlar olub və bu məsələ davam edir. 

Bundan başqa qonşu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq aparmaq üçün bəzi qonşu ölkələrin prezidentləri, o cümlədən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Xətibzadə Vyanada Qərblə aparılan danışıqlarda hər hansı bir razılaşmanın əldə olunub-olunmadığını açıqlamayıb. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar