SON XƏBƏRLƏR

Səid Xətibzadə: “Qazaxıstanda baş verən olayları diqqət mərkəzində saxlayırıq”

2022.01.06, 13:51
Səid Xətibzadə: “Qazaxıstanda baş verən olayları diqqət mərkəzində saxlayırıq”

Gunaz.tv

O deyib ki, İran İslam Respublikası Qazaxıstan Respublikasında cərəyan edən hadisələri yaxından izləyir, diqqət mərkəzində saxlayır.

“İnanırıq ki, dost, qardaş və qonşu ölkənin (Qazaxıstanın -Red) hökuməti və onun müdrik xalqı hər hansı bir xarici müdaxilə olmadan öz milli maraqlarına uyğun danışıqlar yolu ilə mövcud çətinlikləri aradan qaldıra və ixtilaflarını dinc yolla həll edə bilərlər. 

Qazaxıstanın təhlükəsizliyinin qorunması və bu ölkdə sülh və stabilliyin bərqərar olunması bizim üçün böyük əhəmiyyət daşıyır. 

Elə buna görə də hesab edirik ki, xarici ünsürlərin bu məsələdən sui-istifadə etməsinə hər hansı bir zəmin və şərait yaradılmamalıdır”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Xətibzadə həmçinin tezliklə Qazaxıstanda sülhün bərqərar olacağına ümid bəslədiyini bəyan edib. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar