SON XƏBƏRLƏR

Səid Xətibzadə: “Nümayəndə heyətimiz Ciddədə İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyətini bərpa edib”

2022.01.17, 13:44
Səid Xətibzadə: “Nümayəndə heyətimiz Ciddədə İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyətini bərpa edib”

Gunaz.tv

Xətibzadə deyib ki, son günlər Səudiyyə Ərəbistanının vizasını alan 3 İran nümayəndəsi Ciddə şəhərinə yollanaraq İslam Əməkdaşlıq Şurasında İran nümayəndəliyini yenidən açıblar.

“Hazırda biz Səudiyyə Ərəbistanında öz səfirliyimizi açmağa hazırıq. Hesab edirik ki, rəsmi Ər-Riyad da İandakı səfirliyinə baxış keçirmək üçün öz nümayəndə heyətini Tehrana göndərə bilər”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Xətibzadə hər iki ölkənin 6 il fasilədən sonra diplomatik əlaqələrini normallaşdırmaq üçün İraq hökumətinin vasitəçili ilə Bağdadda apardıqları danışıqların konkret nəticə verib-vermədiyini açıqlamayıb. 

Xatırladaq ki, Tehranla Ər-Riyad münasibətləri 2016-cı ildə Səudiyyə Ərəbistanında İrana casusluqda, İran meyilli yerli şiələri zorakılığa təşviq etməkdə günahlandırılan ekstremist şiə axundu axund Şeyx Nəmər Baqir əl-Nəmərin edam olunmasının ardınca Səudiyyənin Tehrandakı səfirliyinə hücumdan və bu ölkənin Məşhəddəki konsulluğunun binasının yandırılmasından sonra kəsilib.

9BB0EDC7-E946-4FFC-9E28-54DC45FB35FC_cx5_cy13_cw81_w1023_r1_s.jpg

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar