Xətibzadə iddia edib ki, İran son iki ildə ölkədə yşanan mövcud maliyyə problemi və Amerikanın tətbiq etdiyi sanksiyalar nəticəsində BMT-yə və digər beynəlxalq qurumlara üzvlük haqqını ödəməkdə çətinlik çəkib.
“İran İslam Respublikası üzlşdiyi müxtəlif çətinliklərə baxmayaraq, BMT-yə üzvlük haqqının ödənilməsi üçün lazımi vəsaiti təmin edib və hazırda üzvlük haqqını ödəmək və problemin həlli üçün lazımi kanallar vasitəsilə bu barədə danışıqlar aparır”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş yanvarın 11-də qurumun Baş Məclisinə məktub yazaraq, İranın və daha bir neçə ölkənin BMT-yə üzvlük haqqının ödənilməsini gecikdirdiyini və bu səbəbdən onların BMT-də səsvermə hüququndan məhrum edildiyini bildirib.
“Ümumilikdə 11 ölkə ödənişlərində geri qalıblar. Hazırda isə İran, Venesuela və Sudan da daxil olmaqla səkkiz ölkə buna görə BMT-də səsvermə hüququnu itirib”, -deyə BMT-nin baş katibi Antonio Quterreş qurumun Baş Məclisinə yazdığı məktubunda bildirib.
A.M