SON XƏBƏRLƏR

Səid Xətibzadə: “İranla Səudiyyə Ərəbistanı arasında danışıqların 5-ci mərhələsi keçiriləcək”

2022.01.10, 11:54
Səid Xətibzadə: “İranla Səudiyyə Ərəbistanı arasında danışıqların 5-ci mərhələsi keçiriləcək”

Gunaz.tv

O deyib ki, iki ölkə arasında danışıqların 5-ci mərhələsinin keçirilməsi artıq gündəmdədirə

“İraqın ev sahibliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında danışıqların 5-ci mərhələsi keçiriləcək. Biz bir sıra mövzularla bağlı aramızda olan ixtilaflara baxmayaraq, danışıqlarımızı davam etdirəcəyik”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

O, iki ölkə arasında aparılacaq danışıqların 5-ci mərhələsinin tarixini açıqlamayıb.

Xətibzadə həmçinin Səudiyyə Ərəbistanından yüksək səviyyəli bir nümayəndə heyətinin Vyanaya səfərinə və onun Tehranla nüvə danışıqları aparan Qərb ölkələrinin nümayəndələri ilə görüşünə də münasibət bildirib.

“Bu görüşlər Səudiyyə Ərəbistanı ilə məhdudlaşmır. Digər ölkələrin nümayəndələri də Vynaya gedib gəlirlər. Bu kimi görüşlərin keçirilməsi və fikir mübadiləsi aparılması yeni bir şey deyil. Bu kimi hallar keçmişdə də olub”, -deyə Səid Xətibzadə bəyan edib.

Qeyd edək ki, ötən ilin aprel ayından bu yana  qədər İranla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı diplomatik əlaqələri normallaşdırmaq üçün danışıqların 4 mərhələsi keçirilsə də, müzakirələrdə konkret hansısa bir irəliləyişin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar