SON XƏBƏRLƏR

Tikantəpədə aksiya: Əhali ətraf mühitin talanmasına etiraz etdi

2021.12.13, 12:48
Tikantəpədə aksiya: Əhali ətraf mühitin talanmasına etiraz etdi

Gunaz.tv

Tikantəpədə aksiya: Əhali ətraf mühitin talanmasına etiraz etdi

Qərbi Azərbaycan əyalətinin Tikantəpə şəhərinin Oğulbeyg kəndinin əhalisi və ətraf mühit fəalları etiraz aksiyası keçirib. 

Onlar İsfahandan olan iş adamlarına bölgə mədənlərinin istismarı ilə bağlı lisenziya verilməsinə, ətraf mühitin onlar tərəfindən məhv edilməsinə və bölgə sərvətlərinin talanmasına etiraz ediblər. 
Qeyd edək ki, kəndin Dərbən bölgəsində yerləşən Qoxuq dərə adlı yerdə isfahanlı mədənçilər fəaliyyətə başlamaq istəyirlər.

Etirazçılar burada mövcud olan təbiət abidələri, isti su bulağı və tarixi əsərlərin mədənçilər tərəfindən dağıdılmasından nigəranlıqlarını ifadə ediblər.

Onlar mədənçilərə aid kankesi yerindən götürərək kəndin içinə köçürüb və isfahanlı istismarçılara fəaliyyət imkanı verməyəcəklərini bildiriblər.

Bir müddət bundan öncə də kənd əhalisi eyni məsələ ilə bağlı aksiya keçirmiş, insan zənciri quraraq mədənçilərin ağır texnikalarının əraziyə girişinə mane olmuşdular.

Tikantəpədə mövcud olan Ağdərə və Zərəşoran qızıl yataqları Orta Doğunun ən zəngin yataqları sayılır.

Burada İranın başqa bölgələrindən olan şirkətlər fəaliyyət göstərir və əldə olunan məhsul İranın mərkəzi, fars dillilər yaşayan bölgələrinə daşınaraq emal olunur.

Bununla bağlı bölgə əhalisi və bir neçə millət vəkili dəfələrlə etirazlarını bildirib, zəngin yataqlar üstündə yaşayan azərbaycanlıların işsizlikdən əziyyət çəkdiklərini, yol, işıq və başqa bu kimi imkanlardan məhrum olduqlarını tənqid ediblər.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar