SON XƏBƏRLƏR

İki amerikalı republikaçı senator İranın dinc nüvə fəaliyyətlərinə tətbiq edilmiş güzəştin ləğv edilməsini tələb edib

2021.10.20, 07:36
İki amerikalı republikaçı senator İranın dinc nüvə fəaliyyətlərinə tətbiq edilmiş güzəştin ləğv edilməsini tələb edib

Gunaz.tv

GünAz TV: Amerikalı respublikaçı senatorlar Ted Kruz və Lindsey Qraham dövlətdən İranın dinc nüvə fəaliyyətlərinə tətbiq edilmiş güzəşti ləğv etməyi tələb edib.

 

ABŞ mətbuatının adının açıqlanmasını istəməyən rəsmilərdən birinə istinadən yaydığı məlumata əsasən, nüvə razılaşmasına ən çox qarşı olan siyasətçilərdən hesab edilən bu iki senator sanksiyaların İranın bütün nüvə fəaliyyətlərini əhatə etməsini istəyiblər.

 

Bu istiqamətdə Ted Kruz və Lindsey Qraham hazırladıqları təkliflər paketinin ilkin variantını Dövlət Departamenti, eləcə də Maliyyə və Enerji Nazirliklərinin rəsmilərinə təqdim ediblər.

 

Təkliflər paketi Vyana razılaşmasına uyğun olaraq İrana Ərak Reaktoru, Fordo Nüvə Təsisatı və Tehran Təhqiqat Reaktorunda dinc nüvə fəaliyyətlərini davam etdirməyə icazə verən 3 güzəştin ləğv edilməsini nəzərdə tutur.

 

Hələ ki, sözügedən nazirliklərin senatorların təklifinə verdikləri cavablarla bağlı heç bir məlumat yayılmayıb.

 

Qeyd etmək lazımdır ki, Amerika Hərtərəfli Birgə Fəaliyyət Planından çıxsa da, sözügedən təsisatlarda İranın dinc nüvə fəaliyyətini davam etdirməsinə güzəşt tətbiq edib. Cari ilin iyul ayının 31-də Donald Trampın bu güzəştin 90 gün müddətində yenidən uzadılmasıyla bağlı fərman imzalayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar