SON XƏBƏRLƏR

"Qaradağda işsizlik artıb- "Gənclərin yeganə seçimi mühacirətdir"-Millət vəkili

2022.06.27, 07:46
"Qaradağda işsizlik artıb- "Gənclərin yeganə seçimi mühacirətdir"-Millət vəkili

Gunaz.tv

O,  işsizlik göstəricisinin bir rəqəmli olduğu barədə iddiaların yalan olduğunu deyib.

"Xüsusilə son ilılər bizim əyalətimiz iş yerlərinin yaradılması ilə bağlı ciddi layihələrin icrasının şahidi olmayıb. İşsizlik göstəricisinin bir rəqəmli olduğu ilıə bağlı statistika yalandır.

Əgər problem yoxdursa gənclərimiz niyə iş ardınca başqa yerlərə köçürlər"-deyə, millət vəkili bildirib.

Hatəmi təmsil etdiyi bölgələrin gənclərinin çoxunun iş axtarmaq üçün başqa bölgələrə mühacirət etməyə məcbur olduqlarını, bir sıra kəndlərin boşasldığını və ancaq tətil, yay vaxtlarında kəndlərə qayıdıldığını qeyd edib.

"İşsizlik göstəricisinin azalması iş yerlərinin çoxalması ilə bağlı deyil. Bu iş qabiliyyəti olan insanların bölgədən köçüb gertmələrinin nəticəsidir.

Hazırda Kəleybər, Horand və Xudafərin şəhərlərində mövcud olan əhalinin sayının 3 qatı qədər insan bui bölgələrdən köçüb gedib"-deyə, Hüseyn Hatəmi bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar