SON XƏBƏRLƏR

Millət vəkili: "Urmu gölünün bərpasına ayrılan pullar təyinatı üzrə xərclənməyib"

2022.09.08, 07:26
Millət vəkili: "Urmu gölünün bərpasına ayrılan pullar təyinatı üzrə xərclənməyib"

Gunaz.tv

Soyuqbulaq (Mahabad) şəhərinin İran parlamentindəki nümayəndəsi Urmu gölünün bərpasına xərclənməli olan vəsaitlə Qərbi, Şərqi Azərbaycan və Kürdüstan əyalətlərinin bələdiyyələrinə avtomobillər alındığını və işçilərin əmək haqlarının ödənildiyini deyib.

C.Mahmudzadə son 9 ildə bərpa işləri üçün daxili və beynəlxalq qurumlardan 18 trilyon tümən vəsait ayrıldığını, bunun qarşılığında gölün acınacaqlı durumunun daha da şiddətləndiyini söyləyib.

O, ekoloji problemin həlli ilə məşğul olan bir sıra şirkətlərin ailə şirkətləri olduğunu, bir sıra əlaqədar qurumlarla birlikdə illər boyu vəzifələrini yerinə yetirmək əvəzinə gölün bərpası üçün ayrılan pullardan qidalandıqlarını bildirib.

Qeyd edək ki, bir neçə həftə bundan öncə Cəlal Mahmudzadə məsələ ilə bağlı verdiyi açıqlamada Urmu gölünə ayrılan büdcənin seçki kampaniyasına xərcləndiyini demişdi.

İbrahim Rəisi hökuməti dövründə Urmu gölünün bərpası üçün heç bir vəsait ayrılmayıb. Urmu gölünün Bərpa Qərargahı bir sıra siyasi şəxslər və qruplar üçün "arxa bağça" rolunu oynayıb və gölün bərpası üçün ayrılan büdcə seçki kampaniyasına xərclənib"-deyə, Mahmudzadə bildirmişdi.

Ekspertlərin dediyi kimi, Urmu gölü də İranın başqa ekoloji fəlakət zonaları kimi yanlış idarəçiliyin qurbanıdır. 

Qeyd edək ki, rəsmi statistikaya görə Urmu gölünün 90 faizdən çoxu quruyub.

Bərpa layihələrinin bu günə qədər gecikdirilməsi yaxın gələcəkdə gölün tamamilə məhvinə səbəb olacaq.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar