SON XƏBƏRLƏR

İranlı deputatdan əcaib açıqlama: "Vərziğandan çıxarılan misin gəliri kirmanlılara məxsusdur"

2022.01.07, 09:12
İranlı deputatdan əcaib açıqlama: "Vərziğandan çıxarılan misin gəliri kirmanlılara məxsusdur"

Gunaz.tv

Məhəmmədrza Puribrahimi Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsindən çıxarılan misin Kirmanda emal olunduğunu, bunun bölgə ekologiyasını çirkləndirdiyini, əldə edilən gəlirlərin kirmanlı təqaüdçülərə məxsus olduğunu bildirib.

O, “Traxtur” komandasına hər hansı yardımın yersiz olduğunu söyləyib.

Milət vəkili son günlər “Traxtur” komandasının “Süngün” mis mədəninin himayəsinə verilməsi barədə xəbərlərə toxunaraq buna qarşı çıxıb.

“Son günlər Sənaye, Mədən və Ticarət nazirinin və bir neçə millət vəkilinin iştirakı ilə keçirilən toplantıda Mis Şirkətinin mali ehtiyatlarndan bir qisminin Kirmandan qıraq bir əyalətə köçürülməsi barədə razılığa gəlinib.

Bu kirmanlılara xəyanətdir. Biz kirmanlıların haqqının tapdalanmasına icazə verə bilmərik”-deyə, Puribrahimi “Traxtur” komandasına maddi yardım ayırmağa qarşı çıxıb.

Parlamentin vitse-spikeri Əli Nikzad kirmanlı nümayəndəyə cavab olaraq bildirib ki, Mis Şirkətinin gəlirlərinin 20%-i Vərziğana məxsusdur.

“Komanda üçün ayrılan vəsait bu 20%-dən çıxılacaq və Kirmanın haqqının pozulmasından söz gedə bilməz" -deyə, vitse-spiker millət vəkilini sakitləşdirməyə çalışıb.

Bununla yanaşı Kirman əyalətinin Rəfsəncan şəhərinin İran parlamentindəki nümayəndəsi höccətülislam Hüseyn Cəlali də Mis Şirkəti hesabına "Traxtur" klubuna yardımın yolverilməz olduğunu deyib.

"Bunun reallaşması üçün Ali Təhlükəsizlik Şurası və icraiyyə qurumlarının razılığı əldə olunmalıdır. Belə bir razılıq olmayıb və məsələ ilə bağlı mediada yayılanlar təbliğat xarakterli məlumatlardır"-deyə, Rəfsəncan şəhərinin nümayəndəsi məsələ ilə bağlı açıqlamasında bildirib.

Xatırladaq ki,bundan öncə də bir neçə kirmanlı nümayəndə “Traxtur” komandasını müflis, sıradan çıxmış adlandırıb, komandaya yardım etməyin yersiz olduğunu demişdilər.

Bu, azərbaycanlı nümayəndələrin, o cümlədən Məsud Pezeşkiyan, Əjməd Əlirzabeygi və Hüseyn Hatəminin sərt reaksiyası ilə qarşılaşmışdı.

Qeyd edək ki, yanvarın 4-ü, axşam saatlarında Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” mis mədəni şirkətinin himayəsinə verilməsi barədə andlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar