SON XƏBƏRLƏR

Azərbaycan sərvətləri Kirmana daşınır-Millət vəkilində narazılıq

2022.01.06, 08:15
Azərbaycan sərvətləri Kirmana daşınır-Millət vəkilində narazılıq

Gunaz.tv

Təbrizin “Traxtur” və “Maşinsazi” futbol klublarının “Süngün” mis mədəni şirkətinin mülkiyyətinə verilməsindən sonra çıxış edən A.Dehqani deyib ki, bunun qarşılığında əyalətə heç bir vəsait ödənilmir.

O, bu fikirləri Şimal-Qərb əyalətlərinin millət vəkilləri fraksiyasının Sənət, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən Vərziğanın mis mədəni ilə bağlı toplantıda əsləndirib.

Millət vəkili “Traxtur” və “Maşinsazi” futbol klublarının Şərqi Azərbaycan əyalətinin valisi Abdin Xurrəmin müraciəti əsasında Vərziğan mis mədəninin mülkiyyətinə verildiyini bildirib.

Bunun Vərziğanın Milli Mis Şirkətindən alacağı qarşılığında həyata keçirildiyini bildirib.  

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar