Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gəldi-VİDEO

25.09.2022, 18:11

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. 

Gunaz.tv Quote | Gunaz article

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib. 

"Dalğa Arena"dakı qarşılaşmanın ilk dəqiqələri kəşfiyat xarakteri daşıyıb. Azərbaycan millisi ara-sıra təhlükəli hücumlar yaratmaq istəsə də, rəqibin müdafiə xəttini yara bilməyib. 

35-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Nuralı Alip Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan sonra meydan sahiblərinin hücumlarının kəsəri daha da artıb.

38-ci dəqiqədə rəqib qapıçı İqor Şatski topun qapıdan keçməsinin qarşısını alıb. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

Milli ikinci yarıya daha sürətli başlayıb. Buna baxmayaraq, yığma bir saatın tamamına kimi çərçivəyə düşməkdə çətinlik çəkib. 65-ci dəqiqədə Mahir Emrelinin zərbəsi təhlükəli alınsa da, Şatski qonaqları qoldan xilas edib. Milli komanda bundan bir dəqiqə sonra istəyinə çatıb. 66-cı dəqiqədə Aleksandr Maroçkin avtoqol müəllifi olub. 

72-ci dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırmağa yaxın olsa da, top qapının yanından keçib. 31 yaşlı yarımmüdafiəçi bundan 2 dəqiqə sonra qonaqları məyus etməyi bacarıb.

Ozobiç yığmadakı 10-cu matçında ilk dəfə qolla yadda qalıb. 83-cü dəqiqədə Mahir Emrelinin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. 90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb. 

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub. Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib.

Qrupun digər oyununda isə Slovakiya Serbiyada Belarusla 1:1 hesablı heç-heçə edib.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda molla rejimi azərbaycanlıları edam edir - Güneyli politoloqların ŞƏRHİNDƏ

2022-12-10

gun az article

"Güney Azərbaycanın müstəqilliyi uğrunda çalışmalıyıq"-Politoloq

2022-12-10

gun az article

Məlikanda Aylar Həqqinin anım mərasiminin keçirilməsinə icazə verilməyib

2022-12-09

gun az article

"Güney Azərbaycan müstəqill olduqdan sonra iqtisadi cəhətdən heç bir problem yaşamayacaq" – AÇIQLAMA

2022-12-09

gun az article

Milli fəal doktor Hüseyn Xudayi həbs edilib

2022-12-09

gun az article

Təbrizli tələbə hərəkatının fəalı Armita Pavir müvəqqəti azad edilib

2022-12-09

gun az article

Təbrizli həkim Rza Rezazadə həbs edilib

2022-12-09

gun az article

Təbrizli millət vəkili: "Vətəndaşların etiraz etmək hüququ var"

2022-12-09

gun az article

“Sözümüz”: “21 Azərdən azadlığa doğru” - VİDEO

2022-12-09

gun az article

Xiyavda milli fəal həbs edilib

2022-12-08

gun az article

Azərbaycanlı fəala işgəncə verilərək məcburi etiraf alınıb

2022-12-08

gun az article

Tələbə hərəkatının fəalı Məhəmməd Şəbahəti saxlanılıb

2022-12-08

gun az article

Təbrizdə həbs edilən xanım fəal Nojan Bəzzazzadə barədə məlumat verilmir

2022-12-08

gun az article

Güneyli fəal Səid Əhmədinəsəb qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-12-08

gun az article

“Xudafərin körpüsünün hər iki tayında Azərbaycan bayrağı dalğalanacaq”-Əhməd Obalı-VİDEO

2022-12-08

gun az article

“Görüş”də müzakirə: “Azərbaycan Demokrat Firqəsinin apardığı islahat” və “İrandakı etirazların daxili təzadları” -VİDEO

2022-12-08

gun az article

Milli fəal Elyar Qafari müvəqqəti azad edilib

2022-12-08

gun az article

İranda edama məhkum edilən azərbaycanlı işgəncə edilib

2022-12-07

gun az article

Həmədanda 18 yaşlı xanım bloger həbs edildi

2022-12-07

gun az article

“Bəsic”lə “bəluc”un fərqini bilməyənlərin Güney Azərbaycan davası və ya dar ağacından çörək ağacına...-Çingiz Özgür yazır

2022-12-07