SON XƏBƏRLƏR

Milli fəal Yaşar Piri müvəqqəti azadlığa buraxılıb

2022.08.25, 17:49
Milli fəal Yaşar Piri müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

"Qardaşımın məhkəmə işi ilə bağlı tanımadığım bir şəxsə 30 saniyəlik zəng etdiyim üçün məni "məhkəmə orqanı işçilərinə təsir etmək" ittihamına görə saxlayıblar.

Həmin şəxs prokurorluqda dediyim məsələni olduğu kimi səsləndirdikdən sonra məni 200 milyon tümən girov qarşılığında sərbəst buraxıblar",-deyə, Yaşar Piri özünün sosial media hesabında yazıb.

Yaşar Piri ilə eyni gündə saxlanılan başqa fəal Siyavuş Əlizadənin yaxınlarının verdiyi məlumata görə, o da, 300 milyon tümən girov qarşılığında azadlığa buraxılıb.

Qeyd edək ki, adı çəkilən fəallar avqustun 17-də Təbriz Şəhər Kəşfiyyat İdarəsinin 37-ci otağına çağırıldıqdan sonra həbs olunub.

Təbriz Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində onlara qarşı ittiham irəli sürüldükdən sonra Təbriz mərkəzi zindanına köçürülüblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar