SON XƏBƏRLƏR

Əkbər Nəiminin "dosye"si Ali Məhkəməyə göndərilib

2022.06.05, 14:28
Əkbər Nəiminin "dosye"si Ali Məhkəməyə göndərilib

Gunaz.tv

Bu barədə Əkbər Nəiminin yaxınları məlumat verib. 

Nəiminin işi üzrə məlumatlı şəxslər və vəkillər dəfələrlə vurğulamışdılar ki, birinci və Apellyasiya Məhkəməsində onun müdafiəsindən asılı olmayaraq, yalnız kəşfiyyat və dövlət orqanlarının hesabatına əsaslanaraq hökm çıxarılıb.

Qeyd edək ki, Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq" ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan Dərnəyi"nin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar