SON XƏBƏRLƏR

Milli fəal Ulduz Qasımi məhkəməyə çağrılıb

2021.10.20, 07:36
Milli fəal Ulduz Qasımi məhkəməyə çağrılıb

Gunaz.tv

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə ondan 18 oktyabr, Təbriz vaxtilə saat 10:00-da Təbrizin Cəza Məhkəməsinin 112-ci bölməsinə getməsi istənilib.

Bildirişdə ona qarşı “qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək” ittihamının irəli sürüldüyü bildirilir.

Ulduz Qasımi iyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar saxlanılıb.

O, 28 iyulda 100 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından azadlığa buraxılıb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar