SON XƏBƏRLƏR

Milli fəal Əlirza Fərşinin evindən oğurluq olub

2022.01.19, 08:23
Milli fəal Əlirza Fərşinin evindən oğurluq olub

Gunaz.tv

Ona məxsus şəxsi əşyalar, o cümlədən mobil telefon, noutbuk, tar, televizor və digər əşyalar aparılıb.

Məsələ ilə bağlı Əlirza Fərşi qəti fikir bildirməyib. Lakin ona yaxın olan şəxslər bunun İran hökumətinin təhlükəsizlik məmurları tərəfindən edildiyini bildirirlər.

Qeyd edək ki, Güney Azərbaycanın ana dili məhbuslarndan olan Əlirza Fərşi 600 milyon tümənlik girov qarşılığında tibbi məzuniyyətə buraxılıb.

Bundan öncə məhkəmə sistemi məsullarına müalicəsi üçün tibbi məzuniyyət verilməsi üçün yazılı və açıq məktubla müraciət edən Ə.Fərşi göz əməliyyatına ehtiyacını olduğunu, ikinci dərəcəli şəkər xəstəliyindən və yüksək qan təziyiqindən əziyyət çəkdiyini bildirmişdi.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar