SON XƏBƏRLƏR

Milli fəal qamçı və cərimə cəzasına məhkum olunub

2021.11.16, 06:58
Milli fəal qamçı və cərimə cəzasına məhkum olunub

Gunaz.tv

Noyabrın 15-də hakim Rza Fruğinin başçılığı ilə keçirilən məhkəmədə milli-mədəni fəal “səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq”da ittiham edilib.
İttihama görə milli fəal 22 milyon 200 min tümən cərimə və 37 qamçı cəası qərarı çıxarılıb.

Qərarda hakim müttəhim barəsində çıxarılan qərarın ən şiddətli şəkildə icra olunması ilə bağlı əlavə qeyd edib. 

Yusif Sələhşur 25 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən Təbrizdə saxlanılıb.

O, dindirilmə prosesi bitdikdən sonra 11 avqustda Təbriz zindanına köçürülüb və 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Qeyd edək ki, mədəni fəal Yusif Sələhşur Azərbaycan milli rəqsləri üzrə müəllim kimi fəaliyyət göstərir.

Bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və basqılarla qarşılaşıb.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib.

Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar