SON XƏBƏRLƏR

Milli fəal Mürtəza Pərvinə işgəncə verilib

2022.11.07, 08:02
Milli fəal Mürtəza Pərvinə işgəncə verilib

Gunaz.tv

Ərdəbil zindanında saxlanılan milli-mədəni fəal mürtəza Pərvinə işgəncə verilib.

Onun noyabrın 6-da ağır döyüldüyü, bədən xəsarətləri aldığı və sağlamlığının təhlükədə olduğuna görə zindanın tibb məntəqəsinə yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, noyabrın 3-də həbs edilən milli-mədəni fəal ayın 5-də Ərdəbil zindanına köçürülüb.

Müctəba Pərvin bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalıb və saxlanılıb.

O, 44 günlük ikinci Qarabağ müharibəsi dövrü Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında başqa 12 nəfər fəalla birgə həbs edilmişdi.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar