Zənganın Tibb Elmləri Universitetinin öyrəncisi, "Həyat" dərnəyinin məsulu və Araz öyrənci nəşrinin baş redaktoru İsmayıl Şəkuri müvəqqəti azad edilib.
Oktyabrın 27-də Zəngandakı ata evində SEPAH-ın təhlükəsizlik bölməsinin məmurları tərəfindən saxlanılan mədəni fəal 9 gün təcridxanada dindirilib və işgəncələrə məruz qalıb.
Ona qarşı "hökumətə qarşı təbliğat, nümayişlərə çağırış, ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq və toplaşmaq, rəhbəri təhqir etmək" ittihamları irəli sürülüb.
Onun yaxınları təcridxanada ondan məcburi etiraf almaq üçün işgəncə edildiyini, fiziki və psixi basqılara məruz qaldığını bildiriblər.
Timur