SON XƏBƏRLƏR

Milli fəal Yusif Sələhşurun məhkəməsi olub

2021.10.20, 07:36
Milli fəal Yusif Sələhşurun məhkəməsi olub

Gunaz.tv

İclas oktyabrın 3-də Təbrizin İnqilab Məhkəməsinin 3-cü bölməsində baş tutub. Milli fəala qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Bununla yanaşı Sələhşur oktyabrın 20-də “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamına görə Cəza Məhkəməsində mühakimə olunacaq.

Yusif Sələhşur 25 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən Təbrizdə saxlanılıb. O, dindirilmə prosesi bitdikdən sonra 11 avqustda Təbriz zindanına köçürülüb və 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Qeyd edək ki, mədəni fəal Yusif Sələhşur Azərbaycan milli rəqsləri üzrə müəllim kimi fəaliyyət göstərir.

Bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və basqılarla qarşılaşıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar