SON XƏBƏRLƏR

Milli fəal Ruzbeh Pirinin taleindən xəbər yoxdur

2021.10.20, 07:36
Milli fəal Ruzbeh Pirinin taleindən xəbər yoxdur

Gunaz.tv

Onun həbsinin üstündən 18 gün keçməsinə və ailəsinin əlaqədar orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, barəsində dəqiq məlumat almaq mümkün olmayıb.

İr neçə gün öncə Pirinin ailəsi onun döyülməsi və taleindən nigəran olduqları ilə bağlı Təbriz məhkəməsinə məktub yazıblar. Təbrizin “Qolkar” bölgəsinin prokurorluğunun 16-cı bölməsinin müstəntiqinə məktub yazılan məktubda, Ruzbeh Pirinin sentyabrın 9-da saxlanıldığı zaman zorakılığıa məruz qaldığı və döyüldüyünü qeyd ediblər.
Onlar bu qanunsuz işdə əli olan 12 məmurun cəzalandırılmalarını və barələrində ölçü götürülməsini tələb ediblər.

Milli-mədəni fəallın ailəsi müstəntiqdən yaraların izi itmədən ədli tibb ekspertinin Ruzbeh Pirini müayinə etməsi və ona yetirilən xəsarətlərin müəyyənləşdirilməsinə icazə verməsini istəyiblər.

Ruzbeh Piri “Təbriz” nəşriyyəsinin məsulu olub. O, “Nəvide Etedal” öyrənci təşkilatının qurucusu və “Sultan Mehmet Fateh” kitabının tərcüməçisidir.

O, qardaşı Yaşar Piri ilə birgə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdı.

Milli fəal “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilmişdi.

İyulun 5-də barəsində çıxarılmış həbs cəzasının müddəti bitdikdən sonra sərbəst buraxılan R.Piri Təbriz mərkəzi zindanından çıxdıqdan sonra qısa bir video yaymışdı.

“Azərbaycan övladlarını həbsə salmaqla Azərbaycanın milli haqqlarını ört-basdır etmək olmaz”-deyə, R.Piri videomüraciətində bildirmişdi. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar