SON XƏBƏRLƏR

Milli fəallar siyasi məhbus Məhəmməd Eyni ilə bağlı paylasşım ediblər

2022.02.25, 12:26
Milli fəallar siyasi məhbus Məhəmməd Eyni ilə bağlı paylasşım ediblər

Gunaz.tv

Güney azərbaycanlı milli-mədəni fəallar ssosial mediada paylaşım edərək siyasi məhbus Məhəmməd Eyninin durumundan xəbərsiz olduqları üçün onun taleindən nigəran olduqlarını yazıblar.

Fəallar Eyninin qanunsuz həbsinin gündəmdə saxlanılmasını, onun barəsində ailəsi və yaxınlarına məlumat verilməsi üçün ictimai şəbəkələrdə fəallıq göstərilməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, yanvarın 23-də Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin təhlükəsizlik idarəsinə çağrılan Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyninin saxlanılıb və onun barəsində  ailə üzvləri, yaxınlarına dəqiq məlumat verilmir.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar