SON XƏBƏRLƏR

Milli fəallara ağır işgəncə verilib

2022.11.22, 21:56
Milli fəallara ağır işgəncə verilib

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan fəallar Səid İlxani və Cəfər Fəthi ağır işgəncəyə məruz qalıb.

İlxaninin əli sındırılıb, Fəthi isə baş nahiyəsindən ağır xəsarət alıb.

Güneyli fəalların verdiyi məlumata görə, hər iki azərbaycanlı fəal barələrində edilən haqsızlıqlara etiraz əlaməti olaraq dodaqlarını tikib və quru aclıq aksiyasına başlayıblar.

Bundan sonra onların Marağa zindanının tək adamlıq kameralarına salındıqları bildirilir.

 Səid İlxani oktyabrın 8-də Məlikan şəhərinin Universitetində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Cəfər Fəthi isə Məlikanda keçirilən etiraz aksiyası zamanı saxlanılıb və təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra Marağa zindanına köçürülüb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar