SON XƏBƏRLƏR

"Son etirazlar İranın dəhliz imkanlarını məhdudlaşdırır"-Milli Təhlükəsizlik Komissiyasının üzvü

2022.11.09, 10:21
"Son etirazlar İranın dəhliz imkanlarını məhdudlaşdırır"-Milli Təhlükəsizlik Komissiyasının üzvü

Gunaz.tv

Rzayi noyabrın 9-da İRNA-ya müsahibəsində İslam Respublikasının digər rəsmiləri kimi, etirazları "iğtişaş" adlandırıb və bunu "düşmən"lə əlaqələndirib.

Onun sözlərinə görə, son etirazların “qısamüddətli” məqsədlərindən biri “İslam Respublikasının dəhliz imkanlarına təsir etməkdir”.

“Yüksək təhlükəlilik səviyyəsi, şübhəsiz ki, dəhliz imkanlarından istifadəni azaldacaq",-deyə, komissiya üzvü bildirib.

Bu bəyanatlar İbrahim Rəisi hökumətinin İslam Respublikasına qarşı beynəlxalq sanksiyalardan asılı olmayaraq qonşuları ilə ticarət əlaqələrini artırmaq niyyətində olduğunu iddia etməsi ilə eyni vaxta təsadüf edir.

Qeyd edək ki, son illər “Şərqə yaxınlıq” siyasəti çərçivəsində Tehran hökuməti Çin və Rusiyadan asılılığını artırıb.

Rzayi həmçinin iddia edib ki, İrandakı etirazların uzunmüddətli məqsədi ölkənin parçalanmasıdır. 

Daxili işlər naziri Əhməd Vahidi də oxşar fikirlər səsləndirib və "düşmənlərin öz məqsədlərinə çatmaq üçün son aksiyaları etnikləşdirmək istəyirlər",-deyə, iddia edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar