SON XƏBƏRLƏR

Həbs edilmiş milli fəal Vədud Əsədidən xəbər yoxdur: Ailəsi narahatdır

2021.11.20, 08:05
Həbs edilmiş milli fəal Vədud Əsədidən xəbər yoxdur: Ailəsi narahatdır

Gunaz.tv

Həmin gün ETTELAAT idarəsinin təcrisxanasına aparılan Vədud bəyin ailəsi onun taleyindən narahatdır.

Rəşt şəhərinin Ümumi və İnqilab Məhkəməsinə gedən doğmalarının vəsiqə qarşılığında onunla görüşmək tələbinə rədd cavabı verilib. Həmçinin, işi aparan müstəntiq ailənin Əsədini təmsil etmək üçün təqdim etdiyi vəkili qəbul etməyib.

Müstəntiqnin bəhanəsi bu olub ki, Rəşt şəhər təhlükəsizlik məmurları istintaqı yekunlaşdırımayıb.

Qeyd edək ki, insan haquqları müdafiəçiləri dəfələrlə məhbusları təkadamlıq kameralarda saxlamamağa və ağ işgəncələrə son qoymağa çağırıblar. 

Bununla yanaşı Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası noyabrın 17-də İranda insan haqlarının kobud və sistematik şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib.

Sənəd BMT Baş Assambleyasının Üçüncü Komitəsi tərəfindən 79 lehinə, 30 əleyhinə və 71 bitərəf olmaqla qəbul edilib.

Qətnamədə çox sayda edamlar, geniş yayılmış sistemli və əsassız həbslər, tibbi müalicə və xidmətlərdən qəsdən məhrumetmə, Evin həbsxanasında məhbuslara qarşı pis davranış, hüquq müdafiəçilərinə qarşı təqib və hədə-qorxu, etiraflar almaq üçün işgəncələrdən istifadə etmə faktlarına və məhbusların şübhəli ölümlərinə diqqət çəkilib.

Qeyd edək ki, oktyabrın 30-u, axşam saat 19.00 radələrində təhlükəsizlik məmurları Vədud Əsədinin evinə basqın edib və milli fəal həmin gün həbs olunub.

Onun saxlanılması barədə heç bir məhkəmə arayışı təqdim etməyən məmurlar Əsədiyə aid kompüteri və mobil telefonu müsadirə ediblər.

Həmçinin milli fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb. 

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz etdiyinə, Azərbaycan Ordusuna dəstək aksiyasında qatıldığına görə 13 gün müddətinə saxlanılmışdı.

Noyabrın 7-də Əsədinin zaminə buraxılması üçün Rəştin Ümumi və İnqilab Məhkəməsi 16-cı bölməsi tərəfindən təyin edilən 170 milyon tümənlik vəsiqənin hazırlanmasına baxmayaraq, təhlükəsizlik idarəsi və məhkəmə sistemi onun zaminə buraxılmasına maneçilik törədir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar