SON XƏBƏRLƏR

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022.07.02, 09:03
Milli-mədəni fəal Abdullah Səduqi  həbs cəzasına məhkum edilib

Gunaz.tv

Bundan öncə "müxalif təşkilatlara qoşulmaq və hökumətə qarşı təbliğat"da ittiham olunan Səduqi adı çəkilən məhkəmədə özünün iştirakı olmadan 6 il həbs cəzasına məhkum edilmişdi.

Milli fəal barəsində çıxarılan qərardan şikayət verdikdən sonra onun işinə yenidən baxılıb və məhkumluq müddəti 3 il 6 aya endirilib.

23 sentyabr 2020-ci ildə təhlükəsizlik məmurları məhkəmə arayışı olmadan Abdullah Səduqinin ata evinə basqın edib və onu Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinin təcridxanasına aparıblar.

23 oktyabrda isə milli fəal təcridxanadan Təbriz zindanına köçürülüb və 37 gündən sonra 700 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Abdullah Səduqi bundan öncə dinc və mədəni fəaliyyətlərinə görə həbs olunub.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar