SON XƏBƏRLƏR

Binəli Yıldırım: "Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq"

2021.11.04, 08:40
Binəli Yıldırım: "Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq"

Gunaz.tv

Bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib.

O bildirib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da yanında olacaq.

"Azərbaycana - qardaş ölkəyə gəlmişik. Bir millət, iki dövlət olaraq qiymətləndirdiyimiz gözəl, can Azərbaycanda bu gün sayca 8-ci olan Qlobal Bakı Forumu keçirilir. Əvvəllər bu forumlardan birində iştirak etmişəm. Budəfəki forumda koronavirus pandemiyasından sonrakı dövrdə formalaşacaq yeni dünya düzənində regional və beynəlxalq məsələlərin inkişafı geniş müzakirə olunacaq. 

Bu gün dünyanın hər bir yerindən bu foruma gələnlər var. Forumun çox böyük əhəmiyyəti var və Azərbaycanı bu tədbirə ev sahibliyi etdiyinə görə təbrik edirəm", - o söyləyib.

Binəli Yıldırım Zəngəzur dəhlizi ilə bağlı işlərin davam etdiyini bildirib. 

"Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir".

Bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu dəhliz bütün region ölkələri üçün faydalı olacaq: "Bu dəhliz İran və digər bölgə ölkələri üçün, o cümlədən Ermənistan üçün də faydalıdır. Onu da qeyd edim ki, İran Türkiyə kimi köklü bir dövlətdir. Zəngəzur dəhlizinin bir çox yöndən bölgə ölkələrinə faydası olacaq". (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar