SON XƏBƏRLƏR

Binabda kənd təsərrüfatı sahələri məhv edilib

2021.11.13, 10:27
Binabda kənd təsərrüfatı sahələri məhv edilib

Gunaz.tv

Təbriz və Binab şəhərlərində istilik elektrik stansiyalarında mazutdan istifadə hər iki bölgədə ekoloji problemlər yaradıb. 

Problem o həddə çatıb ki, noyabrın 12-də Binab şəhərinin cümə imamı höccətülislam Mustafa Baqiri Binabi də narazılığını bildirib.

“Binabın istilik elektrik stansiyasında mazutdan istifadə edildiyi üçün ekologiya çirklənib, mahalda kənd təsərrüfatı məhv olub. Hakimiyyətdən mövcud vəziyyəti aradan qaldırmağı tələb edirəm”-deyə, cümə imamı bildirib.

Baqiri Binabi Binabın “Səhənd” elektrik stansiyasının qaydasız fəaliyyət göstərdiyini və bunun mahal əhalisinin sağlamlığında ciddi problemlərə yol açdığını bildirib.

"Ölkənin bir hissəsində elektrik enerjisi istehsalına görə insan həyatı təhlükə altına atılmamalıdır”-deyə, stansiyaya illik qaz payının kəsilməsini tənqid edib.  

Qeyd edək ki, İran Milli Qaz Şirkəti Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün stansiyalarda mazutdan istifadə olunur.

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi məsələ ilə bağlı bundan öncə yaydığı açıqlamada bildirib ki, elektrik stansiyasının mazutdan istifadə etməsi qanuna və Enerji Komissiyasının təsdiq etdiyi qaydalara ziddir.

Təbrizin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad məsələ ilə bağlı  özünün "twitter" hesabında etdiyi paylaşımda İranın Neft nazirinin impiçmentini tələb edib.

"İndi Milli Qaz Şirkətinin laqeydliyinə görə, nazirin impiçment məsələsinı qaldırmaq məcburiyyətindəyəm. Xalqın həyatının təhlükəsizliyi sövdələşmə predmeti ola bilməz”-deyə, millət vəkili yazıb. 

C.E    

بی توجهی به مسائل جوانان موجب تهدید هویت دینی واخلاقی آنان می شود -  خبرگزاری مهر | اخبار ایران و جهان | Mehr News Agency

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar