SON XƏBƏRLƏR

Hind okeanında birgə hərbi təlimlər: İran, Çin və Rusiyanın hərbi gəmiləri dəniz hədəflərinə atəş açıblar

2022.01.21, 13:38
Hind okeanında birgə hərbi təlimlər: İran, Çin və Rusiyanın hərbi gəmiləri dəniz hədəflərinə atəş açıblar

Gunaz.tv

“Sülh və Təhlükəsizlik naminə birlikdə» şüarı ilə başlanan və “Dəniz Təhlükəsizliyi Kəməri Qarışıq Təlimlər 2022” adı ilə keçirilən təlimlərdə hər üç ölkənin hərbi gəmiləri iştirak edir.
  
“Dəniz Təhlükəsizliyi Kəməri Qarışıq Təlimlər 2022” adlı birgə təlimlərin sözçüsü Mustafa Tacəddini bu gün mediaya açıqlamasında təlimlərin ilk mərhələsində hər üç ölkənin hərbi gəmilərinin dəniz hədəflərinə atəş açdığını bildirib.

Bildirilir ki, hərbi təlimlərdə müxtəlif taktiki manevrlərin gerçəkləşdirilməsi, o cümldən də düşmənin dənizdəki hədəflərinə atəş açmaq, xilasetmə əməliyyatı keçirmək və bu kimi taktiki digər əməliyyatların keçirilməsi nəzərdə tutulub.

Təlimlərin neçə gün davam edəcəyi barədə məlumat yayılmayıb. 

رزمایش مرکب کمربند امنیت دریایی ۲۰۲۲ آغاز شد

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar