SON XƏBƏRLƏR

BMT Çində uyğurların hüquqlarının pozulması ilə bağlı hesabat yayıb

2022.09.01, 11:37
BMT Çində uyğurların hüquqlarının pozulması ilə bağlı hesabat yayıb

Gunaz.tv

Sənəddə BMT-nin SUMR-dakı müşahidələri bənd-bənd sadalanır.

Onların arasında müsahibələr zamanı uyğurlardan toplanan məlumatlar var: işgəncə, qəddarca rəftar və zorakılıq təcrübələri. Hesabatda 2017-2019-cu illər arasında “Peşə Təhsili və Hazırlığı Mərkəzləri” adlanan yerdə saxlanılan uyğurların sayının “çox əhəmiyyətli olduğu və uyğurların, həmçinin əsasən müsəlman olan digər azlıqların önəmli bir hissəsini təşkil etdiyi” bildirilib.

BMT-yə müsahibə verən uyğurlardan heç biri mərkəzləri tərk edib evlərinə gedə biləcəklərini deməyib. Üstəlik, mərkəzlərə göndərilməmişdən əvvəl onların əksəriyyəti polis bölmələrində saxlanılıb, orada da seçim haqqı verilmədən zorla aparılıblar.

Bir qayda olaraq, uyğurlar iki aydan 18 aya qədər Çində səkkiz yerdə bu mərkəzlərdə qalıblar. Müsahibə alınan iyirmi altı keçmiş məhbusun üçdə ikisi işgəncəyə və qəddar rəftara məruz qaldığını açıqlayıb. Onları hərəkət etmək mümkün olmayan pələng kreslosu adlanan yerdə saxlayıblar, dəyənəklərlə, o cümlədən elektrik dəyənəklərlə döyüblər və üzlərinə su tökərək dindiriblər.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar