SON XƏBƏRLƏR

Bir ayda İranda 53 nəfər edam edilib

2022.09.09, 08:52
Bir ayda İranda 53 nəfər edam edilib

Gunaz.tv

İran İnsan Haqları Monitorinqi avqust ayı ilə bağlı yaydığı aylıq hesabatında ölkədə insan haqları pozuntularının çoxaldığını yazıb.

Hesabatda edam saylarının kəskin artdığı və avqust ayı ərzində 53 məhkumun asılaraq həyatına son qoyulduğu qeyd olunub.

Edam olunanların 31 nəfəri narkotik maddə alveri, 18 nəfəri adam öldürmək və 1 nəfər isə təcavüzdə ittiham olunduqları üçün asılıblar.

Hesabatda onların ikisinin yetkinlik yaşına çatmayan yeniyetmə və birinin qadın olduğu bildirilib.

Qeyd edək ki, sentyabrın 8-də Günbəd Kavus şəhərinin zindanında Qəfur Nəcatpur adlı 22 yaşlı gənc narkotik alverində günahlandırıldığı üçün edam edilib.

Bununlada Sentyabr ayının ilk 8 günündə İran zindanlarında ən azı 30 nəfər edam edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar