SON XƏBƏRLƏR

İran “dini lideri”nin Əlburz vilayətindəki nümayəndəsi: “Şam ağacı islam və inqilaba zidddir və onun İranda əkilməsi dayandırılmalıdır”

2021.10.20, 07:36
İran “dini lideri”nin Əlburz vilayətindəki nümayəndəsi: “Şam ağacı islam və inqilaba zidddir və onun İranda əkilməsi dayandırılmalıdır”

Gunaz.tv

GünAz TV: İran dini liderinin Əlburz vilayəti Kənd Təsərrüfatı İdarəsindəki nümayəndəsi Əli Ərcümənd Eynəddin şam ağacını “xristiyanlıq əlaməti” adlandırıb və bildirb ki, “bu ağac özündən mənfi enerji yayır”. Onun sözlərinə görə, “islam dininə uyğun olan ağac zeytundur”.

 

“Zeytun ağacı Quranın da dediyini kimi, nə şərqə, nə də qərbə məxsusdur və bu ağac xalqın inqilabdan əvvəl və sonra yaşatdığı islami devizlərlə tam uyğunluq təşkil edir.”

 

“Sepah” komandanının koordinasiya işləri üzrə müavini Əli Fədəvi də İran ərazisində “islama zidd olan” şam ağaclarının əkilməsini tənqid edib və bu ənənənin dayandırılmasını istəyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar